40 yaşlı qolkiper DÇ-2026 üçün ilkin heyətə daxil edildi

22:03 - 14 May 2026

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann 2026-cı il dünya çempionatından əvvəl FİFA-ya təqdim olunmalı olan 55 nəfərlik ilkin siyahıya Manuel Noyeri daxil edib.

Sportal.az xəbər verir ki, 40 yaşlı "Bavariya" qapıçısı siyahıya 5 qolkiperdən biri kimi salınıb.

Noyerin dünya çempionatına ehtiyat qapıçı və ya hətta Almaniya millisinin əsas qapıçısı kimi qayıtması artıq tamamilə mümkündür.

Bu məsələ ilə bağlı danışıqlar və telefon zəngləri artıq bir neçə gündür davam edir. Yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Xəbər xətti