Türkiyə Super Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Rizespor"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Xallarını 60-a yüksəldən "Beşiktaş" mövsümü 4-cü pillədə başa vurub. 41 xal toplayan "Rizespor" isə 8-ci olub.
"Rizespor" - "Beşiktaş" 2:2
Qollar: Ali Sou, 18, 31 - Jota Silva, 56, Vatslav Çorni, 62
