Noyer daha 1 il "Bavariya"da - RƏSMİ

10:59 - 16 May 2026

"Bavariya" Manuel Noyerin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı qapıçı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti