Paytaxt klubundan "Zaqatala"ya 3 cavabsız qol - VİDEO

00:24 - 16 May 2026

Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Zaqatala"nı qəbul edən "Baku Sportinq" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, sona 1 tur qalmış "Baku Sportinq" 48 xalla 4-cü, "Zaqatala" isə 25 xalla 7-ci sırada yer alıb.

I Liqa, XXVI tur
15 may

"Baku Sportinq" - "Zaqatala" 3:0
Qollar: 
C.Muxtarlı, 62, İ.Muradov, 68, X.Bəşirov, 77

Xəbər xətti