Pep Qvardiola “Uembli”yə tez-tez getməsi ilə bağlı zarafat edib.
Sportal.az xəbər verir ki, bu stadionda "Mançester Siti" "Çelsi" ilə İngiltərə Kubokunun finalında qarşılaşacaq. “Şəhərlilər”in baş məşqçisi üçün bu, məşhur arenadakı 24-cü oyun olacaq.
“İngilis futbolundan məyus oldum, onlar hələ də mənim şərəfimə tribunanın adını verməyiblər! Mən ora çox getmişəm. Heç olmasa loja və ya VIP zonaya mənim adımı verə bilərdilər. Bəlkə də ora daha 24 dəfə gedəcəyəm. Bu, həqiqətən xüsusi bir yerdir.
Hər şey "Barselona" ilə ilk Çempionlar Liqasını qazandığımız vaxt başladı. Sonra artıq “Barselona”nın məşqçisi kimi "Mançester Yunayted" ilə oyun oldu. Daha sonra isə burada, “Mançester Siti” ilə biz davamlı şəkildə ora düşürdük: yarımfinallar, finallar, qələbələr, məğlubiyyətlər və yenidən qələbələr.
Onlar bu ilin finalını çox yaxşı təşkil ediblər. Hər şey gözəl hazırlanıb. Qazon möhtəşəmdir, ümid edirəm hava yaxşı olacaq və stadiona gələcək azarkeşlərlə bağlı heç bir problem yaşanmayacaq”, – deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.
saytlarin hazirlanmasi
