İngiltərənin "Brentford" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Zaltsburq"dan Yannik Şüsteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Brentford" avstriyalı futbolçu üçün onun klubuna 18 milyon avro təzminat ödəyəcək. 19 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçu 1 iyul tarixində yeni komandasınnı düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Avstriya U-21 millisinin üzvü olan Yannik Şüster cari mövsümdə "Zaltsbuq"un heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
