Ayyoub Bouaddi Fransanın ən perspektivli gənc yarımmüdafiəçilərindən biri hesab olunaraq başqa ölkənin milli komandasını seçib.
Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, o, bundan sonra Mərakeş millisi üçün çıxış edəcək.
Fransa Futbol Federasiyası ümid edirdi ki, yarımmüdafiəçi əvvəlcə Fransa gənclər yığmalarında oynamağa davam edəcək və daha sonra Zinəddin Zidan dövründə əsas milliyə yüksələcək. Lakin 18 yaşlı futbolçu seçimində Mərakeşi üstün tutub və gözlənilir ki, DÇ-2026-ya qatılacaq.
Buaddi “Lill” klubunda Liqa 1-də 62 oyun keçirib. O, Fransa müxtəlif yaş qruplarında (U16-dan başlayaraq) təxminən 30 matçda iştirak edib.
saytlarin hazirlanmasi
