"Sabah" Puxaçla müqavilə imzaladı - RƏSMİ

12:08 - 14 May 2026

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempioun 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb.

Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır.

O, cari mövsümdə “Sabah”ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Xəbər xətti