"Beşiktaş"ın transfer siyahısında yer alan Arman Loryante İtaliyada qalacaq.
Sportal.az xəbər verir ki, "Sassuolo" fransalı futbolçunun müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 taşlı vingerlə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Sassuolo" Arman Loryanteni 2022-ci ilin yayında "LLoryan"dan 10 milyon avroya transfer edib. Təcrübəli oyunçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
