Bernardo Silva İngiltərədə oynadığı müddət ərzində "Arsenal"ı "Mançester Siti" üçün ən güclü rəqib hesab etmir.
Sportal.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu öz açıqlamasında bunları qeyd edib:
“Oyuncular inkişaf ediblər və… yaxşı, bu artıq təxminən beş ildir birlikdə olan bir komandadır. Buna görə də onların bir az daha təcrübəli olması və həqiqətən titullara iddia etməsi tam normaldır. Görək nə olacaq. Mən bu komandanın azarkeşi deyiləm. Məncə, bizim əsas rəqibimiz bütün dövrlər üzrə, böyük fərqlə "Liverpul" olub.
Bundan əlavə, mən hesab edirəm ki, əgər keçid mövsümü və bu qədər səhv olmasaydı, biz bu liqanı qazanardıq. Mən demirəm ki, asanlıqla qalib gələrdik, amma bu titulu biz götürərdik. Bu, məyusedicidir”.
saytlarin hazirlanmasi
