Levandovski "Barselona"dan ayrılacaq - RƏSMİ

16:36 - 16 May 2026

Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski gələcəyi barədə qərarını verib.

Sportal.az xəbər verir ki, polşalı forvard La Liqa nəhəngindən ayrılacaq. Futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

37 yaşlı hücumçu klubla yeni sözləşmə imzalamayacaq. O, azad agent statusu ilə Kataloniya təmsilçisini tərk edəcək.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan 45 milyon avroya transfer edib. Ulduz futbolçu komandanın heyətində meydana çıxdığı 191 rəsmi matçda 119 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu burada üç dəfə İspaniya çempionu olub, üç dəfə İspaniya Super Kubokuna qazanıb, bir dəfə isə Kral Kubokunu başı üzərinə qaldırıb.

Xəbər xətti