"Benfika"nın baş məşqçisi Joze Mourinyo Madrid "Real"ının yeni çalışdırıcısı olacaq.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin rəhbərliyi 63 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin bütün detallarını razılaşdıra bilib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Həmçinin qeyd olunur ki, "Real" mütəxəssislə müqavilənin vaxtından əvvəl xitam verilməsinə görə Portuqaliya klubuna 7 milyon avro məbləğində təzminat ödəyəcək.
Əlavə edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib.
saytlarin hazirlanmasi
