​"Turan Tovuz" Berdiyevlə yeni müqavilə imzalayacaq

17:55 - 16 May 2026

​"Turan Tovuz" baş məşqçi Qurban Berdiyevlə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportal.az ​azerisport.com-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin klubla olan iki llik müqaviləsi cari mövsümün sonunda başa çatacaq və bundan dərhal sonra tərəflər yeni sözləşməyə qol çəkəcəklər. Yeni razılaşmanın hansı müddəti əhatə edəcəyi isə hələlik məlum deyil.

​Xatırladaq ki, Berdiyev "Turan Tovuz"u avrokuboklara daşımağı bacaran ilk mütəxəssis olub.

Xəbər xətti