Kriştiano Ronaldo "Əl-Nəssr" ilə Asiya Çempionlar Liqası 2-nin finalında gümüş medalını almağa getməyib.
Sportal.az xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı klubu finalda Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə məğlub olub.
Oyun bitdikdən sonra komandanın kapitanı mükafatlandırma mərasiminə qatılmayıb. Onun yerinə komandaya baş məşqçi Jorge Jesus rəhbərlik edib, arxasınca isə Joao Feliks gəlib.
Qeyd edək ki, bu məğlubiyyət Kriştiano Ronaldo üçün "Əl-Nəssr" ilə birlikdə itirilən 14-cü turnir olub.
saytlarin hazirlanmasi
