Kriştiano Ronaldo yenidən "Əl-Nəssr" ilə titul qazanmaq fürsətini əldən verib.
Sportal.az xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı təmsilçisi Asiya Çempionlar Liqası 2-nin finalında Yaponiyanın "Qamba Osaka" klubuna 0:1 hesabı ilə uduzub.
Ronaldo 2023-cü ilin qışında Ər-Riyad klubuna qoşulub və o vaxtdan bəri komanda ilə heç bir rəsmi titul qazana bilməyib. Ümumilikdə o, müxtəlif turnirlərdə 14 dəfə kubok qazanmaq şansını qaçırıb.
Kriştianonun yeganə uğuru yoldaşlıq turniri sayılan klublararası Ərəb Çempionlar Kubokunda olub.
saytlarin hazirlanmasi
