14 mövsüm sonra yenidən La Liqaya vəsiqə qazandı

00:10 - 17 May 2026

"Rasinq" İspaniyanın ən yüksək divizionu olan La Liqaya qayıdıb.

Sportal.az xəbər verir ki, bu gün Xose Alberto Lopesin rəhbərlik etdiyi komanda "Valyodolid"i 40-cı turda 4:1 hesabı ilə məğlub edib və birbaşa yüksəlişi təmin edib.

Qeyd edək ki, Santander klubu 14 mövsüm İspaniya yüksək liqasından kənarda qaldıqdan sonra yenidən elitaya dönüb.

Xəbər xətti