"Qalatasaray" İkardi ilə bağlı qərar verdi

12:22 - 17 May 2026

“Qalatasaray” Mauro İkardini buraxmaq niyyətində deyil.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu 33 yaşlı hücumçuya daha bir illik müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar başlayıb. Lakin argentinalı forvard yekun qərarını verməyib.

Buna səbəb ona MLS və Argentinadan bir çox təklifin olmasıdır. İkardinin “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sampdoriya”, “İnter”, PSJ klublarının formasını geyinib.
 

Xəbər xətti