"Napoli" ÇL-yə vəsiqəni təmin etdi - danimarkalı futbolçunun satınalma maddəsi aktivləşdi

17:45 - 17 May 2026

Bu gün "Napoli" növbəti mövsüm üçün UEFA ÇEmpionlar Liqasına vəsiqəni təmin edib.

Sportal.az xəbər verir ki, bununla da Rasmus Hoylunnun "Mançester Yunayted"dən satınalma maddəsi aktivləşib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Neapol təmsilçisi danimarkalı futbolçu üçün 44 milyon avro ödəyəcək. Bundan əlavə, ötən ilin avqustunda icarə müqaviləsinə görə daha 6 milyon avro ödənilmişdi.

"Napoli" 23 yaşlı futbolçunun çıxışından çox razıdır. Hoylunn Serie A-da 11 qol vurub və bu göstərici ilə komandanın ən məhsuldar oyunçusudur.

Xəbər xətti