"Sabah"la matçöncəsi "Neftçi"də itki - start heyətdə yoxdur

16:40 - 17 May 2026

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. "Neftçi" səfərdə "Sabah"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, oyunöncəsi "Neftçi"də Breno Almeydanın yüngül zədəsi olduğu üçün start heyətdə meydana daxil olmayacaq. Ehtiyatda olacaq futbolçunun yerinə Ştoqrin meydana daxil olacaq. 

Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı saat 18:00-da start götürəcək. 

Xəbər xətti