"Barselona"dan Hans Flik qərarı - RƏSMİ

16:50 - 18 May 2026

"Barselona" baş məşqi Hans Fliklə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi almaniyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

61 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Tərəflər istəsələr, anlaşmanın müddətini daha 1 il uzada bilərlər.

Qeyd edək ki, Hans Flik 2024-cü ilin yayına "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Kataloniya təmsilçisi onun rəhbərliyi altında ardıcıl iki il İspaniya çempionu olub.

Xəbər xətti