Rusiya klubu ilə Premyer Liqaya yüksələn forvard Azərbaycana geri qayıda bilər

14:34 - 18 May 2026

"Fakel"in heyətində Rusiya Premyer Liqasına vəsiqə qazanan Belajdi Pusi karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı hücumçunun xidmətində maraqlı olan klublarımız var.

Belə ki, Premyer Liqadan 3 klub birdən alban futbolçu üçün hərəkətə keçib.

Qeyd edək ki, Pusinin “Fakel”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Belajdi “Vlajniya”, “Skenderbeu”, “Şamaxı”, "Turan Tovuz" klubarında oynayıb.

Pusi bu mövsüm 34 matçda meydana çıxıb, 16 qol vurub və 4 qol vurub.

Xəbər xətti