"Ayntraxt"(Frankfurt) Albert Riera ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssis baş məşqçi vəzifəsindən köməkçiləri ilə birlikdə ayrılıb.
Klub Rieranın klubdan getməsi ilə bağlı bu cür açıqlama yaybı: “ona həm şəxsi, həm də gələcəkdəki karyerasında uğurlar arzulayırıq!".
İspaniyalı məşqçi klubu 2026-cı ilin yanvar ayında təhvil alıb. Hazırda Frankfurt təmsilçisi Bundesliqanın turnir cədvəlində 32 oyundan sonra 43 xalla 8-ci pillədədir.
