"Çelsi"nin hücumçusu Joao Pedro Braziliyanın dünya çempionatı üçün yekun heyətinə daxil edilməməsi ilə bağlı şərh verib.
Sportal.az xəbər verir ki, hücumçu bu barədə sosial media hesabında paylaşım edib.
Məşqçilər heyətinin qərarından məyus olduğunu etiraf edən braziliyalı, işləməyə davam edərək, sakit qalmaq niyyətində olduğunu bildirib. Bu mövsüm Premyer Liqada 34 oyunda 15 qol vuran Joao Pedro bunları deyib:
“Həmişə əlimdən gələni etməyə çalışmışam. Təəssüf ki, ölkəmi dünya çempionatında təmsil etmək arzumu gerçəkləşdirə bilmədim. Amma həmişə olduğu kimi sakit və diqqətli qalıram”. Bundan əvvəl Braziliyanın baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn dünya çempionatı üçün yekun heyəti açıqlayıb və hücumçunun adı siyahıya daxil edilməyib.
saytlarin hazirlanmasi
