Braziliya millisinin sabiq müdafiəçisi Kafu hesab edir ki, yığma komanda uğur qazana bilməzdi, çünki uzun müddət məsuliyyəti yalnız Neymarın üzərinə qoyurdu.
Sportal.az xəbər verir ki, Kafu ESPN-ə açıqlamasında bunları qeyd edib:
“Roberto Karlosla danışdım və dedim: “Çox təəssüf ki, bu oğlan tamamilə təkdir. O, 15 il ərzində hər şeyi özü etməyə məcbur idi, amma bunu təkbaşına etmək faydasızdır. Söhbət milli komandadan gedirsə, məsuliyyəti bölüşmək lazımdır”.
2002-ci ildə bizim heyətdə meydanda ən yaxşı olan yalnız bir futbolçu yox idi. Əgər Neymarın da 2002-ci ildə bizim sahib olduğumuz kimi dəstəyi olsaydı, onun hər dəfə meydanın ən yaxşısı olmasına ehtiyac qalmazdı. Təəssüf ki, uzun müddət bizdə yalnız Neymar var idi və bütün yükü onun üzərinə qoyurduq.
Mən Kasemiro və Markinhosu yaxşı liderlər hesab edirəm. Meydandakı davranışlarına, hakimlə necə danışdıqlarına və futbolçularla ünsiyyətlərinə baxaraq bunu deyirəm. Mən bu gün Braziliya millisində iki əla lider görürəm."
saytlarin hazirlanmasi
