"Neftçi" və "Turan Tovuz"un potensial rəqibləri bəlli olur - "Panatinaikos", "Partizan", "Riyeka", "Şkendiya"

10:58 - 19 May 2026

“Neftçi” və “Turan-Tovuz” klubları yeni mövsümə Konfrans Liqasının təsnifat mərhələsində başlayacaq.

Sportal.az xəbər verir ki, “Neftçi” klubu ilkin təsnifat mərhələsindən başlayacaq və səpələnməmişlər sırasında yer alacaq.

Bakı klubunun 26 potensial rəqibindən 17-si hazırda bəllidir: “İlveş”, “İnter Turku” (hər ikisi Finlandiya), “Santa Koloma” (Andorra), “Konnas Kuey”, “Penibont”, “Karnarfon Toun” (hamısı Uels), “Bohemians”, “Qlentoran” (hər ikisi İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “Malişeva” (Kosovo), “Elimay” (Qazaxıstan), “NSI Runavik”(Farer adaları), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya) və “Lüksemburq” çempionatında üçüncü yerin sahibi.

Bu turnirin ilk turunun oyunları 9-16 iyul tarixlərində keçiriləcək.

“Turan Tovuz” isə öz növbəsində təsnifat mərhələsinin ikinci mərhələsindən başlayacaq və orada səpələnməmişlər arasında yer alacaq: “Panatinaikos” (Yunanıstan), “Partizan” (Belqrad,Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), Riyeka (“Xorvatiya”), “ÇFR Kluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski Mostar” (Bosniya və Herseqovina), RFS (Latviya), “Astana” (Qazaxıstan), “Brann” (Norveç), “Jalqiris” (Litva), “Şkendiya” (Şimali Makedoniya), “Spartak”(Trnava, Slovakiya), “Balkani”(Kosovo), “Hradec Kralove” (Çexiya) və “Linfild” (Şimali İrlandiya)

Konfrans Liqasının 2-ci tur oyunları 23-30 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti