Xabi Alonso "Bayer"in müdafiəçisini "Çelsi"yə gətirmək istəyir

15:12 - 20 May 2026

"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Pedro Almeyda məlumat yayıb.

London klubunun baş məşqçisi Xabi Alonso "Bayer"də birlikdə çalışdığı Qrimaldonu yenidən sərəncamında görmək istəyir. 30 yaşlı sol cinah müdafiəçisinin klubu ilə 1 illik müqaviləsi qaldığı üçün "Çelsi" onu daha ucuz məbləğ qarşılığında transfer edə bilər.

Qeyd edək ki, Alexandro Qrimaldo 2023-cü ilin yayından "Bayer"də çıxış edir. İspaniya millisinin üzvü cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti