Premyer Liqaya yeni vəsiqə qazandılar - Xorvatiya klubunun futbolçusunu istəyirlər

12:22 - 20 May 2026

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Şəfa" ölkə xaricində çıxış edən azərbaycanlılarla maraqlanır. 

Sportal.az saytına verilən məlumata görə, klub rəhbərliyi komandanın yalnız azərbaycanlı futbolçulardan ibarət olmasını istəyir. Paytaxt təmsilçisi “Varajdin”ə məxsus olan Rüfət Abdullazadəni də transfer siyahısına daxil edib. 

“Şəfa” onu heyətinə qatmaqda israrlıdır. 25 yaşlı futbolçu “Varajdin”ə məxsus olsa da, qışdan bu yana “Zirə”də icarə əsasında çıxış edib. Amma onun yayda Xorvatiya klubuna geri qayıdacağı gözlənilir. Millimizin üzvü 2028-ci il mayın 31-nə qədər “Varajdin”ə məxsusdur.
 

Xəbər xətti