"Mançester Siti" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Pep Qvardiolaya əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Entso Mareska ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qvardiola mayın 24-də "Aston Villa" ilə keçiriləcək matçdan sonra klubdan ayrılacaq. "Şəhərlilər" bundan sonra italiyalı çalışdırıcı ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki,Entso Mareskanın son iş yeri "Çelsi" olub. O, daha əvvəl "Mançester Siti"də Qvardiolanın köməkçisi kimi çalışıb.
saytlarin hazirlanmasi
