"Sabah"ın futbolçusu: "Nəyəsə nail olmaq asandır, onu qorumaq çətindir"

13:38 - 19 May 2026

“Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybulayev Misli Premyer Liqasındakı və ölkə kubokundakı çempionluqdan danışıb.

Sportal.az saytına açıqlama verən futbolçu “qızıl dubl” haqda bunları deyib:

"Kubokları bir-birinə bu qədər yaxın günlərdə qazanmaq çox xoşdur. Möhtəşəm mükafatlandırma mərasimini təşkil edən hər kəsə təşəkkür etmək istəyirəm. Hər şey çox təsirli və yaxşı təşkil olunmuşdu. Bu kimi qələbələr oyunçularda məsuliyyət hissini artırır. Nəyəsə nail olmaq asandır, amma onu qorumaq çətindir. Bir müddət daha zirvədə qalmaq istəyərdik".

Mirbağırağa

Xəbər xətti