"Napoli" sabiq baş məşqçisini qaytarmağı planlaşdırır

17:24 - 19 May 2026

"Napoli" mövsümün sonunda Maurisio Sarrini baş məşqçi postuna geri qaytarmaq variantını nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Hazırkı çalışdırıcı Antonio Konte postunu tərk etmək istəyini klub prezidenti Aurelio De Laurentisə şəxsən bildirib. Tərəflər artıq müqaviləyə xitam verilməsi barədə razılığa gəliblər. Bu, İtaliya çempionatı başa çatdıqdan sonra rəsmiləşəcək.

​Kontenin "Napoli"nin sükanı arxasındakı son matçı "Udineze"yə qarşı oyun olacaq. Bundan sonra klub rəsmi olaraq yeni məşqçi dövrünə başlamağı planlaşdırır.

​Vakant post üçün əsas favorit Maurisio Sarri hesab olunur. Klubun sahibi 67 yaşlı mütəxəssisi ideal xələf kimi görür.

​Sarri 2015-2018-ci illərdə "Napoli"də çalışıb. O, 2019/2020 mövsümündə "Yuventus"la da A Seriyasının qalibi olub. İtaliyalı məşqçi hazırda "Latsio"ya rəhbərlik edir. Sarri mövsüm bitdikdən sonra paytaxt klubu ilə müqaviləsini pozmalıdır.

​Antonio Konte "Napoli"də 90 oyun keçirib, 53 qələbə qazanıb, 19 dəfə heç-heçə edib və 18 məğlubiyyətlə üzləşib. Komanda onun rəhbərliyi altında İtaliya çempionluğunu və ölkə Superkubokunu qazanıb.

Xəbər xətti