"Benfika" baş məşqçi Joze Mourinyonun mümkün gedişi ehtimalına qarşı variantları nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi "Real"a keçəcəyi gözlənilən mütəxəssisi əvəz etmək üçün iki namizəd müəyyənləşdirib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Portuqaliya klubunun rəhbərliyi Mourinyonu əvəzləmək üçün əsas namizədlər arasında Marku Silva və Ruben Amorimin variantını nəzərdən keçirir.
Amorim 2024-cü il noyabr ayından 2026-cı ilin yanvarına qədər "Mançester Yunayted"də çalışıb. Marku Silva isə 2021-ci ildən bəri İngiltərənin "Fulhem" klubunun baş məşqçisi postundadır.
saytlarin hazirlanmasi
