"İnter"dən baş məşqçi ilə bağlı qərar

19:39 - 19 May 2026

"İnter" baş məşqçi Kristian Kivu ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

umıniyalı mütəxəssisin hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər müqavilənin müddətini daha bir mövsüm - 2028-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəliblər. Anlaşmada müddətin daha 1 il artırılması variantı da nəzərdə tutulub.

Məşqçinin maaşı iki dəfə artaraq ildə təxminən 4 milyon avro təşkil edəcək. Bütün əsas şərtlər artıq razılaşdırılıb.

​Kivu 2025-ci ilin yayında "İnter"in sükanı arxasına keçib və 2025/26 mövsümünün yekununda komandaya "qızıl dubl" qazandırıb. Milan təmsilçisi İtaliya çempionatında və İtaliya Kubokunda qələbə sevinci yaşayıb.

Xəbər xətti