"Qarabağ" Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cu turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi oyunun hazırlığını davam etdirir. Komandanın bu gün baş tutan məşqində uzun müddətdir zədəli olan Bəhlul Mustafazadə ilə yeni ttransfer Jali Muaddib də iştirak ediblər.
"Sumqayıt" - "Qarabağ" qarşılaşması mayın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:30-da start götürəcək.
saytlarin hazirlanmasi
