"Sabah"ın vingeri Aaron Malouda Misli Premyer Liqasının 32-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportal.az saytına danışan fransız futbolçu komandasının çempionluğunun daha önəmli olduğunu deyib:
“Son məğlubiyyətə çox da fikir verməzdim. Biz çempionluğu sona dörd tur qalmış təmin etmişdik. Məşqçilər heyəti rotasiyalar edir, komanda mövsüm üçün bütün məqsədlərinə çatmışıq. Bu, əlbəttə ki, son nəticələrimizdə də öz əksini tapıb. Əsas odur ki, biz çempionuq. Son turda "Turan-Tovuz"la oynayacağıq və sonra növbəti mövsümə hazırlaşacağıq. Bizi Çempionlar Liqasında çətin avrokuboklar mövsümü gözləyir. Orada yaxşı nəticə göstərmək istəyirik”.
saytlarin hazirlanmasi
