"Şamaxı"nın futbolçusu Abdulla Rzayev Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 32-ci turunda "Turan Tovuz"a qalib gəlməsini şərh edib:
"Hər şeydən əvvəl "Turan Tovuz"u Konfrans Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Sabiq komandamın uğuruna sevindim. Onlarla görüşdəki qələbəyə gəldikdə, çox çətin oyun oldu. Həmişə belə matçlarda istənilən nəticə ola bilər. "Turan Tovuz"un standart vəziyyətlətdə təhlükəli olduğunu bilirdik. Sona qədər mübarizəmizi apardıq. Son ev matçımızda qalib gəlməyi bacardıq".
Rzayev "Turan Tovuz"la görüşdə meydandakı aqressivliyə də açıqlama gətirib. O, bunun xüsusi səbəbinin olmadığını deyib: "Görüşün gedişindəki aqressivliyə gəldikdə, bilirsiz, hamımız futbolçuyuq və peşəkarıq, ən yaxşısını etməyə çalışırıq. Buradan özümüzə çörək pulu aparırıq. Əlindən gələni etməlisən, idmançısan, peşəkarsan. Hər oyunda aqressivlik olur. "Turan Tovuz"a aidiyyatı yoxdur. Hər komandaya qarşı hörmətlə yanaşıb, yaxşı hazırlaşırıq. Qalib gəlmək istəyirik".
Müdafiəçi yeni mövsümə hansı komandada başlayacağının hələ bəlli olmadığını deyib: "Əslində, çətin periodu arxada qoydum. "Turan Tovuz"da çox da oynamadım, "Sabah" da isə əvəzedici heyətə göndərilmişdim. Buna baxmayaraq, mübarizəyə davam etməliydim. "Turan Tovuz"da da oynamadım deyə, sonra "Şamaxı"ya gəldim. Bura gəlməyim məsləhət görüldü. Ayxan Abbasova təşəkkür edirəm ki, mənə şans verdi. Qarşıdakı mövsüm hansı komandada oynayacağımı bilmirəm. Çünki müqavilə ilə "Sabah"a məxsusam. Onlarla danışacağıq, bilirlər ki, oynamağı çox istəyirəm. Əminəm ki, yaxşılığım üçün hər şeyi edəcəklər".
Mirbağırağa
saytlarin hazirlanmasi
