Son üç mövsümün 10 bombardiri - II Liqa

16:53 - 20 May 2026

II Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.

Sportal.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.

Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.

“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.

PFL bayrağı altında keçirilən II Liqanın 10 ən yaxşı bombardiri

1. Cavid İmamverdiyev - 65

2. Elvin Nəsibov – 63

3. Tural Qurbatov – 62

4. Vidadi Cəfərov – 55

5. Elxan Məmmədov – 43

6. Elariz Xəlilli – 42

7. Valeh Seyidov – 41

8. Tofiq Nəsibov - 33

9. Famil Camalov – 30

10. Bəhruz Teymurov - 27

Xəbər xətti