Bu gün Azərbaycan kubokunun qalibi bəlli olacaq: "Neftçi" "Araz-Naxçıvan"a qarşı

11:18 - 21 May 2026

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq.

Sportal.az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq.

Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq. Zala giriş biletsiz olacaq.

Ümumilikdə indiyə qədər 12 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 6 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2023/2024) bu mükafata sahib olub. EKOL - 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Altı komanda isə hərəyə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18, “Baku Fire” 2022/23, PFL isə 2024/25-ci il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

Azərbaycan kubokunu

Mövsüm      Kubokun sahibi

1994/95       “Neftçi”
1995/96       “Neftçi”
1996/97       “Avtomobilçi”
1997/98       “Avtomobilçi”
1998/99       “Nabspor”
1999/00       “Azərneftyanacaq”
2000/01       “Azərneftyanacaq”
2001/02       “Gömrükçü”
2002/03       “Gömrükçü”
2003/04       “Turan” AİR
2004/05       “Araz-Naxçıvan”
2005/06       “Araz-Naxçıvan”
2006/07       “Araz-Naxçıvan”
2007/08       “Araz-Naxçıvan”
2008/09       “Araz-Naxçıvan”
2009/10       “Neftçi” İSM
2010/11       EKOL
2011/12       EKOL
2012/13       “Neftçi” İSM
2013/14       “Neftçi” İSM
2014/15       “Fener” FK
2015/16       EKOL
2016/17       “Neftçi” İK
2017/18       “Marafon Futsal”
2018/19        EKOL
2019/20       Yarış başa çatdırılmadığına görə qalib müəyyənləşməyib
2020/21       Pandemiya ilə əlaqədar keçirilməyib
2021/22        “Neftçi” İK
2022/23       “Baku Fire”
2023/24       “Araz-Naxçıvan”
2024/25       PFL

Xəbər xətti