Bernardo Silva daha bir klubun hədəfində

21:29 - 20 May 2026

"Mançester Siti"dən ayrılacağını açıqlayan Bernardo Silva daha bir klubun transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Yuventus" və "Qalatasaray"dan sonra "Atletiko" da portuqaliyalı futbolçu üçün hərəkətə keçib. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Madrid klubu Silvanı Antuan Qrizmannın davamçısı kimi düşünür. "Atletiko" 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Bernardo Silva cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 52 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti