Azərbaycan klubları "Neftçi" və "Turan-Tovuz" yeni mövsümə Konfrans Liqasının təsnifat mərhələsindən başlayacaqlar.
Sportal.az xəbər verir ki, "Neftçi"nin birinci mərhələsindəki daha bir neçə potensial rəqibi bəlli olub.
Bakı klubunun 26 potensial rəqibindən 17-si hazırda məlumdur. Aşağıdakı klublar səpələnməmişlər arasındadır: "İlves", "İnter Turku" (hər ikisi Finlandiya), "Santa Koloma" (Andorra), "Konnas Kuey”, "Penibont", "Karnarfon Taun" (hamısı Uels), "Bohemians", "Qlentoran" (hər ikisi İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "Malişeva" (Kosovo), "Elimai" (Qazaxıstan), "Hegelmann" (Litva), "NSI Runavik" (Farer adaları), "Marsaxlokk" (Malta), "Nomme Kalyu" (Estoniya), "Liepaya" (Latviya) və Lüksemburq çempionatında üçüncü yeri tutan komanda.
Bu turnirin ilk tur oyunları 9 və 16 iyul tarixlərində keçiriləcək. “Turan Tovuz” isə öz növbəsində ikinci təsnifat mərhələsindən başlayacaq və orada səpələnməmişlər arasında yer alacaq.
Hazırda bu klubun 44 potensial rəqibindən 15-i məlumdur. Bunlar aşağıdakı sıralanmalı klublardır: “Panatinaikos” (Yunanıstan), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austria”(Avstriya), “Vaduts” (Lixtenşteyn), “Nordşelland” (Danimarka) və “Tobol” (Qazaxıstan)
Konfrans Liqasının 2-ci turunun oyunları 23-30 iyul tarixlərində keçiriləcək.
