"Aston Villa" 30 ildən sonra ilk kubokunu qazanıb.
Sportal.az xəbər verir ki, "Aston Villa" Unai Emerinin rəhbərliyi altında UEFA Avropa Liqası qalibi olub və finalda "Frayburq"u 3:0 hesabı ilə məğlub edib.
Bu, Birmingem klubunun 1996-cı ildən bəri ilk titulu sayılır. Həmin vaxt komanda İngiltərə Liqa Kubokunu qazanmışdı.
Qeyd edək ki, "Aston Villa" 2001 və 2008-ci illərdə də İntertoto Kubokunun qaliblərindən biri olub.
saytlarin hazirlanmasi
