Mourinyodan "Real"a transfer istəyi

01:05 - 21 May 2026

Joze Mourinyo "Real"dan Morten Hyulmandın transferini istəyib. Daha əvvəl məlum olub ki, 63 yaşlı mütəxəssis "Benfika"daki baş məşqçi vəzifəsini tərk edərək Madrid klubuna rəhbərlik edəcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı məşqçi "Sportinq"in yarımmüdafiəçisini heyətə qatmaq istəyir. Lissabon klubu danimarkalı futbolçu üçün təxminən 50 milyon avro tələb edəcək.

Bundan əlavə, bildirilir ki, Jose Mourinyo öz köməkçi məşqçisi kimi Toni Kroosun seçilməsini istəyir. O, həm rəhbərlik, həm də komanda arasında əlaqə yaradan şəxs rolunu oynaya bilər.

Xəbər xətti