"Ümidvaram ki, "Neftçi" 90 illiyində çempion olar, yaxşı yerli futbolçular lazımdır"

14:22 - 21 May 2026

"Neftçi" mövsümə yaxşı başlamadı, amma yaxşı bitirdi. Bu isə ən vacib olan məqamdır. Demək olar ki, mövsümü uğurlu keçirdilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski deyib. "Ağ-qaralar"ın şimali makedoniyalı keçmiş oyunçusu Yuri Vernidubun "Neftçi"də uğurlu olmasından da bəhs edib:

"Bəli, Vernidubun gəlişindən sonra "Neftçi" daha yaxşı görünməyə başladı. Mövsümün əvvəlindən gəlsəydi də, yaxşı alınacaqdı. Çünki komandanı tanıması üçün vaxtı olacaqdı. Hər halda, avrokuboklara vəsiqə qazandılar. Yeni mövsümə hazırlığı birlikdə keçəcəklər. Vernidub artıq "Neftçi"də daha yaxşı nəticələr göstərməlidir".

Georgiyevskinin fikrincə, yeni mövsüm "Neftçi" çempion olmalıdır:

"Yeni mövsüm "Neftçi" 90 illiyini qeyd edəcək. Ümidvaram ki, onlar 90 illiyində çempion olarlar. "Neftçi" hər mövsüm 1-2-ci yerlərdə qərarlaşmalıdır. Üstəlik, hər mövsüm səviyyəni artırmalıdırlar. Amma komandaya yerli, yaxşı futbolçular lazımdır. Bir də unutmayaq ki, baş məşqçi hər zaman gühakar deyil. Futbolçu seçimi ilə də məşğul olan idman direktoru də məsuliyyət daşıyır".

Mirbağırağa

Xəbər xətti