Azərbaycan millisinin üzvü “Zirə”də qalacaq? - özü açıqladı

11:47 - 21 May 2026

"Zirə"nin kapitanı Qismət Alıyev bir neçə klubun maraq dairəsindədir. 

Milli komandamızın da üzvü olan müdafiəçinin “Zirə” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Sportal.az saytına açıqlama verən 29 yaşlı futbolçu məsələ haqda danışıb.

"Bəli, “Zirə” ilə müqavilə müddətim mövsümün sonunda başa çatır. Mən komandamın heyətində keçirəcəyim son oyuna köklənmişəm. “Zirə” mənə doğma komandadır. Gəlin mövsümün sonunu gözləyək. Komandada qalıb-qalmayacağım onda bilinəcək".

Mirbağırağa
 

Xəbər xətti