İspaniya millisinin sabiq üzvü Daniel Parexo “Vilyarreal”dan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu 6 il bu komandada oynadıqdan sonra ayrılmaq qərarı alıb. Parexo "Vilyarreal"da 269 matça çıxıb və 16 qol vurub.
O, komanda ilə 2020/2021 mövsümündə Avropa Liqasını qazanıb və 2021/2022 mövsümündə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Parexonun karyerasını hansı komandada davam etdirəcəyi dəqiq deyil. Təcrübəli futbolçu “Real”, QPR, “Xetafe”, “Valensiya” klublarında oynayıb.
saytlarin hazirlanmasi
