"Cenoa" "Milan"dan icarəyə götürdüyü Lorentso Kolombo ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "qırmızı-mavilər" italiyalı forvardın transfer hüquqlarına yiyələniblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Cenoa" kolombo üçün "Milan"a 7 milyon avro təzminat ödəyib. 24 yaşlı hücumçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Cenoa" Lorentso Kolombonu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya U-21 millisinin üzvü A Seriyas təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
