"Növbəti mövsüm Premyer Liqada kimin çempion olacağını görmək çox maraqlıdır"

14:48 - 21 May 2026

"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi Xosep Qvardiolanın "Mançester Siti"nin baş məşqçisi vəzifəsindən mümkün gedişindən sonra İngiltərə Premyer Liqasındakı yarana biləcək vəziyyətlə bağlı şərh verib.

Sportal.az xəbər verir ki, İngiltərənin “Metro” nəşrinə danışan veteran futbolçu yeni mövsüm Premyer Liqanın daha maraqlı olacağını bildirib. Ueyn hesab edir ki, bu hadisə çempionluq yarışını daha gözlənilməz edəcək. Onun fikrincə, “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında qazandığı titullara bir daha çata bilməyəcək:

"Onlar, əlbəttə ki, eyni uğuru qazana bilməyəcəklər. Düşünürəm ki, "Mançester Siti" üçün problem onda olacaq ki, vaxtı ilə necə “Mançester Yunayted”də Aleks Ferqyusonu əvəz etmək çətin idisə, eynisini yaşaya bilərlər. Hətta Unai Emerinin "Arsenal"a gəlişi ilə belə, Arsen Vengeri əvəz etməyin nə qədər çətin olduğunu gördünüz. Bütün bunların “Mançester Siti”də təkrarlana biləcəyini gözləmək olar. Qvardiolanı əvəz etməyin mümkün olduğunu düşünmürəm. Bu, onun hörməti və oyunçuların transferindəki təsiri ilə bağlıdır. Enzo Mareskanın gələcəyi ilə bağlı şayiələr var, amma düşünmürəm ki, bu, bu baxımdan eyni təsirə malik olacaq. Düşünürəm ki, bu, yeni imkanlar açır və Premyer Liqanın növbəti mövsümü inanılmaz dərəcədə həyəcanlı olacaq. “Mançester Siti” və “Çelsi” yeni baş məşqçi ilə başlayacaq. “Mançester Yunayted” və “Liverpul”da da eyni vəziyyəti görə bilərik. Növbəti mövsüm Premyer Liqada kimin çempion olacağını görmək çox maraqlıdır".

Xəbər xətti