UEFA Çempionlar Liqasının "Arsenal"la final matçında iştirakı sual altında olan Usman Dembele açıqlama verib.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu həlledici görüşdə oynaya biləcəyini deyib:
"Liqa 1-də "Paris"lə matçda kiçik bir qorxu yaşadım. Amma hazırda yaxşıyam. Çempionlar Liqasının final matçı üçün problem yaşamayacağam. Baş məşqçi şans versə, mayın 30-da meydanda olacağıma ümid edirəm".
Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması 30 may tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
