Braziliyalı futbolçu "Neftçi"yə keçə bilər

17:40 - 21 May 2026

Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Neftçi" ilk keçidini reallaşdırmaq istəyir.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır.

28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinger kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən "Brusque"yə məxsusdur.

Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək.

Xəbər xətti