"Əl-Nəssr" klubunda çıxış edən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.
Sportal.az xəbər verir ki, Jorge Jesusun komandası bu gün 34-cü turda evdə "Damak"ı böyük hesabla məğlub edib (4:1) və vaxtından əvvəl çempionluğu təmin edib. Ronaldo dubla imza atıb — o, bir qolu cərimə zərbəsindən, digərini isə oyun epizodundan vurub. Bu, Ronaldonun Ər-Riyad klubunun heyətində ilk kubokudur, əgər yoldaşlıq turniri sayılan 2023-cü il Ərəb Çempionlar Kuboku nəzərə alınmasa.
Ər-Riyad təmsilçisi 2019-cu ildən sonra ilk dəfə və tarixində 11-ci dəfə ölkə çempionu olub. Liqada daha çox çempionluğu yalnız "Əl Hilal"ın (21) və "Əl Ittihad"ın (14) var. Karim Benzemanın çıxış etdiyi “Əl-Hilal” bu mövsüm çempiondan 2 xal geri qalaraq ikinci yeri tutub.
"Əl-Nəssr"də həmçinin Joao Feliks, Marselo Brozoviç, Kingsli Koman, Iniqo Martinez və Sadio Mane çıxış edir.
saytlarin hazirlanmasi
