UEFA Avropa Liqasında 2025/26 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, xəbər verir ki, turnirin qalibi olan "Aston Villa"da çıxış edən Morqan Rocers ən yaxşı seçilib. Bu barədə Avroliqanın mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü turnirdə keçirdiyi 15 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Avropa Liqasında mövsümün rəmzi heyəti də məlumdur. Simvolik "11-lik"də "Aston Villa"nın 4 futbolçusu yer alıb.

